20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna ordusu atom elektrik stansiyasına hücum edir
Tarix: 06-04-2024 13:56 | Bölmə: Dünya
Ukrayna ordusu atom elektrik stansiyasına hücum edir

Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücum əmri verir. Zelenski bu hücumla dünyada ajiotaj yaratmaq və Qərbin diqqətini Ukraynaya cəlb etmək istəyir.

Reyting.az
“RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov iddia edir.

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə hücumlarının səbəbindən danışan Roqov deyib ki, Zelenski isterikdir, ümidsizdir - cəbhədə hər şey dağılır: “Ona ən azı bir qədər “qələbə” [qələbələr] və baş verənlərin aktuallaşması lazımdır”.

Roqovun sözlərinə görə, Ukrayna lideri nüvə terroru vasitəsilə dünyada əks-səda yaratmağa və Qərbin geniş ictimaiyyətinin diqqətini cəlb etməyə çalışır.

Hərəkat rəhbəri həmçinin beynəlxalq ictimaiyyəti Ukrayna prezidentinə təsir göstərməyə çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər