Rusiyanın vilayəti atəşə tutulub, yaralı var
Tarix: 06-04-2024 17:09 | Bölmə: Dünya
Rusiyanın vilayəti atəşə tutulub, yaralı var

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Klimovski rayonunda kəndi atəşə tutub. Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.

Reyting.az
-ın xəbərinə görə, A. Boqomaz Krasnı Bor kəndinin hücuma məruz qaldığını bildirib. “Atəş nəticəsində bir mülki şəxs yüngül xəsarət alıb. Hazırda ona bütün lazımi tibbi yardım göstərilir”, - deyə Boqomaz yazıb.

O, həmçinin kənddə bir neçə yaşayış binasının qismən zədələndiyini bildirib. Hazırda rayonun operativ və fövqəladə hallar xidmətləri gəliş yerində işləyir.

Qeyd edək ki, aprelin 5-də Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin ərazisini üç dəfə atəşə tutub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}