Keçmiş vitse-prezidentin həbsi iki ölkənin münasibətini korlayıb
Tarix: 06-04-2024 19:03 | Bölmə: Dünya
Keçmiş vitse-prezidentin həbsi iki ölkənin münasibətini korlayıb

Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas Meksikanın Kitodakı səfirliyində həbs olunduqdan sonra Meksika Ekvadorla ikitərəfli əlaqələri dayandırıb.

Reyting.az
xəbər verir ki, Ekvadorla diplomatik əlaqələri dayandırmağı əmr edən Meksika prezidenti Lopez Obrador həbs hadisəsini “avtoritar” hərəkət, beynəlxalq hüququn və Meksikanın suverenliyinin pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, Ekvadorun keçmiş vitse-prezidenti Qlas iki dəfə korrupsiyaya görə məhkum edilib. O, ötən ilin dekabrında Ekvadorun paytaxtı Kitodakı Meksika səfirliyinə sığınaraq Meksikadan sığınacaq istəyib. Cümə günü Ekvador təhlükəsizlik qüvvələri Meksika səfirliyinə basqın edərək keçmiş vitse-prezidenti saxlayıb.

Meksika prezidenti Obrador bu hadisəni pisləyərək bildirib ki, Ekvador polisi Meksika səfirliyinə soxulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}