“Krokus”dakı terrorun koordinatorunun kimliyi açıqlanıb
Tarix: 08-04-2024 00:49 | Bölmə: Dünya
“Krokus”dakı terrorun koordinatorunun kimliyi açıqlanıb

Moskva yaxınlığındakı “Crocus City Hall”-da terror aktı ilə bağlı iş üzrə müttəhimlər onlara hücumun yerini və Ukrayna ilə sərhədə qaçış yolunu göstərən koordinatorun kimliyini açıqlayıblar.

Reyting.az
“RİA Novosti”-yə istinadla bildirir ki, şübhəli şəxslər dindirmə zamanı kordinatorun adını çəkiblər.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir) “Crocus City Hall”-dakı terror aktında Ukraynanın əli olması ilə bağlı ittihamların absurd olduğunu bəyan edib.

Qeyd edək ki, Moskva vilayətində “Crocus City Hall”-da terror aktı martın 22-də axşam saatlarında baş verib. Dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl binaya girərək ziyarətçilərə atəş açıb. Daha sonra terrorçular avtomobillə qaçarakən Bryansk vilayətində saxlanılıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}