Rus qoşunları Avdeevkadan qərbə doğru irəliləyir - Foto
Tarix: 08-04-2024 13:24 | Bölmə: Dünya
Rus qoşunları Avdeevkadan qərbə doğru irəliləyir

Rus qoşunları Avdeevkadan qərbə doğru daha 2-3 kilometr irəliləyə bilib.

Reyting.az
xəbər verir ki, “Bild”in analitiki Julian Röpke son 10 gün ərzində döyüş meydanından əldə edilən məlumatların təhlili zamanı belə qənaətə gəlib.

Röpke yazır ki, son 10 gündə Rusiya qüvvələri Avdeevkadan qərbə doğru irəliləyib. Ən əhəmiyyətli irəliləyişlər Pervomayskidə, Tonenko ilə Umanski arasında və Semyonovkada olub.

Daha əvvəl Röpke bildirmişdi ki, Avdeevkanın süqutundan sonra Ukrayna Silahlı Qüvvələri Berdıçi - Semyonovka - Orlovka - Tonenkoye - Pervomaiskoye xətti üzrə müdafiəyə qalxıb. Ancaq indi rus ordusu onu bir neçə yerdə keçib.

Analitikin qeyd etdiyi kimi, onlar Tonenkoye yaxınlığından Umanskoye tərəfə təxminən 3 km qərbə doğru irəliləyiblər. Pervomayskinin şimalında Netailovo istiqamətində isə təxminən 2 km irəliləyiş qeydə alınıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}