Rusiyanın “Serpuxov” raket gəmisi yanıb - Foto
Tarix: 08-04-2024 20:37 | Bölmə: Dünya
Rusiyanın “Serpuxov” raket gəmisi yanıb

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiyada “Serpuxov” raket gəmisinin yandığını təsdiqləyib.

Reyting.az
-ın xəbərinə görə, GUR bildirib ki, “Serpuxov”un döyüş qabiliyyətinin bərpası çox vaxt aparacaq.

“2024-cü il aprelin 7-də Rusiyanın Kalininqrad vilayətinin Baltiysk şəhərində düşmənin hərbi-dəniz bazası ərazisində “Serpuxov” raket gəmisi yanğın nəticəsində sıradan çıxıb. Raket gəmisi, onun rabitə və avtomatlaşdırma avadanlığı tamamilə məhv edilib”, - məlumatda qeyd edilir.

Bildirilir ki, “Serpuxov” Rusiyanın 21631 “Buyan-M” layihəli gəmisidir və 2015-ci ildə suya buraxılıb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}