12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna PUA-ları Voronejdə aviasiya təlim mərkəzinə hücum edib
Tarix: 09-04-2024 11:15 | Bölmə: Dünya
Ukrayna PUA-ları Voronejdə aviasiya təlim mərkəzinə hücum edib

Bu gecə Rusiya Federasiyasının Voronej vilayətindəki Borisoqlebsk aviasiya təlim mərkəzinə pilotsuz təyyarələr hücum edib.

Reyting.az
xəbər verir ki, Rusiya Telegram kanallarının iddiasına görə, mərkəzə iki pilotsuz təyyarə tərəfindən hücum olub.

Dronların vurulması ilə bağlı internetdə görüntülər də yayılıb.

Hücum anının videosunda rusların mərkəzdə bir neçə nöqtədən atəş açaraq PUA-nı vurmağa çalışdığı görünür. Lakin sonradan güclü partlayışlar görünür və eşidilir.

ASTRA-nın məlumatına görə, binanın fasadı və pəncərələri zədələnib. İlkin məlumatlara görə, itki yoxdur.

Hücum anını əks etdirən başqa bir videoda isə partlayışların güclü olduğu eşidilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna dronları Bryansk vilayətində PUA-lar üçün partlayıcı maddələrin istehsal olunduğu kimya zavoduna hücum edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər