Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
Tarix: 16-04-2024 17:22 | Bölmə: Dünya
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə Ermənsitan XİN-nin mətbuat katibi "X" hesabında bildirib.

Onun sözlərinə görə, XİN rəhbəri Mirzoyan 17-18 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək. Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistan tərəfindən ilk yüksək səviyyəli səfər olacaq.

Səfər çərçivəsində Ararat Mirzoyan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhanla görüşəcək.

Mirzoyanın digər şəxslərlə də görüşləri planlaşdırılır(APA).




Bölməyə aid digər xəbərlər