Tbilisidə polis qanuna etiraz edən 11 nəfəri saxlayıb
Tarix: 16-04-2024 23:48 | Bölmə: Dünya
Tbilisidə polis qanuna etiraz edən 11 nəfəri saxlayıb

Tbilisidə polis “Xarici agentlər haqqında@ qanuna etiraz edən 11 nəfəri saxlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Verilən məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar. Nəticədə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər