12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Makronun sözü ilə əməli uyğun gəlmir
Tarix: 18-04-2024 16:31 | Bölmə: Dünya
Makronun sözü ilə əməli uyğun gəlmir

Fransa Sosial Demokratlar Partiyasının lideri Rafael Qluksman Ukraynaya Avropa yardımının yetərincə olmadığını deyib. O, Fransa prezidenti Emmanuel Makronla yanaşı digər liderləri də tənqid hədəfinə çevirib, onları “danışmaqdan həzz almaqda və zəif fəaliyyətdə” ittiham edib.

Reyting.az
-ın xəbərinə görə, partiya lideri Fransa prezidentinin Ukraynaya az mərmi verdiyini söyləyib.

Qluksman qeyd edib ki, Ukrayna məsələsində Qərbi Avropa vəzifəsinin öhdəsindən gələ bilmir.

Onun sözlərinə görə, Fransa Ukraynaya ayda cəmi 3 min sursat verir, Rusiya isə gündə 20 min mərmi atır.

O, həmçinin Makronu “Pekin və Moskvanın” xeyrinə “Varşava və Vilnüsə etinasızlıq göstərməkdə”, Çin və Rusiya rejimləri ilə “xüsusi münasibətləri olanda özündən razı qalan fransız elitasının köhnə ənənəsinin” bir hissəsi olmaqda ittiham edib.

Qluksman Ukraynanın hərbi səylərini dəstəkləməyin təkcə ölkənin özü üçün deyil, həm də Fransa üçün zəruri olduğunu bildirib və Rusiyanın Fransa xəstəxanalarına kiberhücumlarını xatırladıb:

“Demokratiyalarımıza qarşı hibrid müharibə aparılır və bu, Ukrayna cəbhəsində hərbi təcəssüm tapır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər