12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
Tarix: 24-04-2024 16:44 | Bölmə: Dünya
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib

Dünən iş yerində saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanovun barəsində Moskvanın Basmannı məhkəməsi bu gün qərar verib.

Reyting.az
-ın xəbərinə görə, məhkəmə general İvanovu həbs edib.

O, törədilmiş cinayətdə təqsirini boynuna almasa da, hərbi idarənin ehtiyacları üçün podrat və subpodrat işləri zamanı mütəşəkkil dəstənin tərkibində xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Məhkəmə Timur İvanovla yanaşı Sergey Borodini də həbs edib.

İstintaqın məlumatına görə, Borodin Müdafiə Nazirliyinin obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edən nazir müavini İvanovla dostluq münasibətində olmaqla üçüncü şəxslərlə cinayət əlaqəsinə girib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər