10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
"Hizbullah"la İsrail arasında atışma davam edir - Ölən və yaralılar var
Tarix: 29-04-2024 00:17 | Bölmə: Dünya
"Hizbullah"la İsrail arasında atışma davam edir - Ölən və yaralılar var

"Hizbullah" İsraili yenə raket atəşinə tutub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma bəyanat yayıb.

Bildirilib ki, İsrailin hücumlarına cavab olaraq sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsinə "Katyuşa" raketi ilə zərbələr endiriblər: "Bu bombardman İsrailin Livanın cənubundakı kəndlərə və mülki evlərə, xüsusilə Kuzah, Merkebe və Sribbin şəhərlərinə hücumlarına cavab olaraq həyata keçirilib".

İsrail Ordusu hücum faktını təsdiqləyib: "Hücum nəticəsində ölən və yaralanan, o cümlədən ciddi dağıntılar olmayıb. "Hizbullah"ın atəşinə cavab olaraq hədəf nöqtələri susdurulub. İlkin məlumata görə, 2 yaraqlı ölüb, 6-sı isə yaralanıb".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}