ABŞ husilərin beş PUA-sını vurub
Tarix: 29-04-2024 07:48 | Bölmə: Dünya
ABŞ husilərin beş PUA-sını vurub

ABŞ hərbi qüvvələri Qırmızı dəniz üzərində əməliyyat keçirib.

Reryting.az
xəbər verir ki, bu barədə Birləşmiş Ştatların mərkəzi hərbi komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, hərbi hava qüvvələri keçən gecə Qırmızı dəniz üzərində beş PUA-nı zərərsizləşdirib.

Xatırladaq ki, iki gün əvvəl husilər Britaniyanın neft tankerinə hücum etdiklərini və “MQ-9” PUA-sını vurduqlarını bildirmişdilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}