13:04 / 16-05-2024
Sabah yağış yağacaq
Türk kəşfiyyatı 15 nəfərlik terror qrupunu məhv edib
Tarix: 29-04-2024 17:19 | Bölmə: Dünya
Türk kəşfiyyatı 15 nəfərlik terror qrupunu məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurk bölgəsində ardıcıl əməliyyatlar keçirib.

Reyting.az
xəbər verir ki, MİT-in aprelin son həftəsində keçirdiyi əməliyyatlarda aralarında PKK terror təşkilatının icraçı səviyyəli üzvlərinin də olduğu 15 terrorçu zərərsizləşdirilib.

MİT bölgədəki sahə agentləri və mənbələrindən əldə etdiyi məlumatlara uyğun olaraq əməliyyat üçün düyməni basıb. Dəqiq planlaşdırılmış əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinə və sərhəd zastavalarına qarşı əməliyyata hazırlıq məqsədilə təşkil olunmuş 15 nəfərdən ibarət terror qruplaşması məhv edilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror təşkilatına qarşı dəqiq əməliyyatlar bütün bölgələrdə davam etdiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}