12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İsrail “Patriot” sistemlərindən imtina edir
Tarix: 30-04-2024 19:49 | Bölmə: Dünya
İsrail “Patriot” sistemlərindən imtina edir

İran və Livan “Hizbullah”ı ilə cavab savaşında “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemindən geniş şəkildə istifadə edən İsrail ordusu “Patriot” hava hücumundan müdafiə sistemləri ilə vidalaşır.

Reyting.az
-ın məlumatına görə, “Times of Israel” nəşri yazır ki, İsrail ordusu iki ay ərzində “Patriot” hava hücumundan müdafiə sistemlərinin batareyalarını daha təkmil sistemlərlə əvəz etməyə hazırlaşır.

İsrail hava qüvvələrinin köhnə “Patriot” batareyalarını bağlamaq prosesinə fevral ayında başladığını xatırladan “Times of Israel” personalın “Dəmir Günbəz” üçün təlim keçdiyini bildirib.

Xatırladaq ki, ABŞ-nın məşhur hava hücumundan müdafiə sistemi “Patriot”lar 1991-ci ildə Körfəz müharibəsi davam edərkən İraqdan İsrailə atılan “Skad” raketlərinin qarşısını alıb. Həmin ildə sistem İsrailə ötürülüb və quraşdırılıb. “Patriot”lardan ilk dəfə 2014-cü ildə İsrail adından münaqişədə istifadə edilib. Qəzza zolağından havaya qalxan pilotsuz təyyarə “Patriot” tərəfindən vurulub.

Körfəz müharibəsindən 23 il sonra ilk müdaxilənin ardından İsrail ordusu 2018-ci ildə “Patriot” raketləri ilə hava məkanına daxil olan Suriya döyüş təyyarəsini vurub. İsrail hazırda qısamənzilli “Dəmir Günbəz”, ortamənzilli “Davids Sling” və uzaqmənzilli ballistik raketlər üçün “Arrov” kimi raketdən müdafiə sistemlərinə malikdir.

Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında İran tarixdə ilk dəfə İsrailə öz ərazisindən hücum edərərk 300-dən çox dron və raketlər atıb. İsrail ABŞ, İngiltərə, Fransa və İordaniyanın köməyi ilə həmin raketlərin və kamikadze dronların 99 faizini vurduğunu bildirir.

“Times of Israel” “Patriot” raketlərinin gələcəyinin qeyri-müəyyən olduğunu, Rusiya işğalına müqavimət göstərən Ukraynanın “Patriot” batareyalarına böyük maraq göstərdiyini xatırladıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər