Gürcü deputatlar arasında dava düşüb
Tarix: 01-05-2024 14:29 | Bölmə: Dünya
Gürcü deputatlar arasında dava düşüb

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsinin davam etdiriləcəyi plenar iclas başlamazdan əvvəl müxalifətçi deputatlarla parlament çoxluğu arasında dava baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Mtavari Arxi telekanalı məlumat yayıb.

Məlumata görə, insident, müxalifətin xüsusi təyinatlıların ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın rəhbəri Levan Xabeişvilini bir gün əvvəl keçirilən aksiya zamanı döyməsinə etiraz edərkən başlayıb.

Bu, təhlükəsizlik qüvvələrinin hərəkətlərini dəstəkləyən hakim “Gürcü arzusu” partiyası nümayəndələrinin narazılığına səbəb olub. Daha sonra mübahisə yumruq davasına çevrilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}