BMT: Fələstində yoxsulluq səviyyəsi 60 faizi keçə bilər
Tarix: 02-05-2024 10:27 | Bölmə: Dünya
BMT: Fələstində yoxsulluq səviyyəsi 60 faizi keçə bilər

Fələstin-İsrail münaqişəsinin aktiv fazası doqquz ay davam edərsə, Fələstində yoxsulluq səviyyəsi 60 faizi keçə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Qəzza müharibəsi: Fələstin Dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatında deyilir.

İsrailin artıq 7 aya yaxındır Qəzza zolağında aktiv döyüşlər apardığına diqqət çəkilən hesabatdakı proqnozlara görə, müharibə doqquz ay davam edərsə, yoxsulluq səviyyəsi 38,8 faizdən 60,7 faizə yüksələcək.

BMT-nin İnkişaf Proqramında qeyd olunur ki, iyul ayına qədər, münaqişənin eskalasiyası başlayandan bəri, təxminən 1,86 milyon fələstinli yoxsulluq həddinin altına düşə bilər.

Hesabatda bildirilir ki, münaqişə işğal olunmuş Fələstin ərazilərində işsizliyin kəskin artmasına, Qəzza zolağında görünməmiş həddə çatmasına səbəb olub. 2024-cü ilin birinci rübünə olan məlumata görə, Fələstində işsizlik 57 faiz təşkil edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}