Almaniyadan sonra Budapeştdə də ukraynalı öldürülüb
Tarix: 02-05-2024 16:55 | Bölmə: Dünya
Almaniyadan sonra Budapeştdə də ukraynalı öldürülüb

Budapeştdə 48 yaşlı ukraynalı qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, Budapeşt Polis Baş İdarəsinin məlumatına görə, hadisə mayın 1-i, günorta saatlarında qeydə alınıb.

İstintaq müəyyən edib ki, münaqişə evdə yaranıb. Qazax əsilli şəxs mübahisə və davadan sonra 48 yaşlı ukraynalıya bir neçə bıçaq xəsarəti yetirib. O, aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib.



Qeyd edək ki, bu yaxınlarda Almaniyada bir rus reabilitasiya üçün ölkədə olan ukraynalı əsgərləri öldürüb. Onlar ticarət mərkəzinin ərazisində bıçaq xəsarətləri ilə aşkarlanıblar.

Onu da xatırladaq ki, qışda ukraynalı basketbolçu Vladimir Ermakov və dostu Artem Kozaçenko Düsseldorfda hücuma məruz qalıblar. İdmançı aldığı xəsarətdən hadisə yerində, dostu isə xəstəxanada dünyasını dəyişib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}