Britaniya özünü hava hücumundan qoruya bilməyəcək
Tarix: 02-05-2024 17:46 | Bölmə: Dünya
Britaniya özünü hava hücumundan qoruya bilməyəcək

Britaniya hökumətin qlobal hava hücumundan müdafiə sistemini aşındıraraq pula qənaət üçün illərlə etdiyi ixtisarlardan sonra raket və dron hücumlarına qarşı daha həssas ölkəyə çevrilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News”ə hərbçilər və “Soyuq müharibə” veteranları deyib.

Nəşr yazır ki, müdafiə rəisləri Rusiyanın Ukraynadakı mülki hədəfləri məhv edən qanadlı və ballistik raket zərbələri halında kritik milli infrastrukturu, yəni elektrik stansiyalarını, hərbi bazaları və hökumət binalarını qorumaq üçün Britaniyanın imkanlarını bərpa etməyi nəzərdən keçirir.

Məlumata görə, “inteqrasiya edilmiş hava və raketdən müdafiə” üçün hər hansı etibarlı plan milyardlarla funta başa gələcək və çox güman ki, baş nazirin bu yaxınlarda elan etdiyi milli gəlirin 2,5 faizdən çox müdafiə xərclərini artıracaq.

“Böyük Britaniya şəhərləri raket zərbələri ilə vurulacağı təqdirdə onları qoruya biləcəkmi? Xeyr.

Əhali hava hücumu zamanı nə edəcəyini bilirmi? Xeyr.

Sadəcə olaraq, biz qorunuruqmu? Xeyr”, - deyə adının açıqlanmasını istəməyən yüksək səviyyəli müdafiə mənbəyi əlavə edib.

Bundan əlavə, “Sky News” 1958-ci ildə istifadəyə verilmiş, lakin hazırda muzeylərdə olan “Bloodhound” zenit dəstlərini nümayiş etdirib.

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra bütün “Bloodhound” zenit-raket arsenalı xidmətdən çıxarılıb.

Qeyd olunur ki, hazırda ölkənin Hərbi Hava Qüvvələrində sürətli reaksiya verən təyyarələr də daxil olmaqla, cəmi 9 ön cəbhədə yüksəksürətli reaktiv təyyarə eskadrilyası var. Söhbət müasir “F-35” və “Typhoon” qırıcılarından gedir. Halbuki “Soyuq müharibə” dövründə İngiltərədə 30 belə eskadrilya olub.

Bundan əlavə, ölkədə hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş altı “Tip 45” esminesi olsa da, onlardan yalnız üçü Yaxın Şərqdə əməliyyatlarda iştirak edən biri ilə müdafiəyə hazırdır.

Nəşr vurğulayır ki, əgər Rusiya Federasiyası tərəfindən təhlükə varsa, o zaman İngiltərə əlverişli coğrafi mövqeyə malikdir, lakin Avropa ölkələrinin də hava hücumundan müdafiə xərclərini azaltdığını nəzərə almaq lazımdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}