Ukraynaya IRIS-T sistemləri göndərən Berlindəki zavod yanır
Tarix: 03-05-2024 17:23 | Bölmə: Dünya
Ukraynaya IRIS-T sistemləri göndərən Berlindəki zavod yanır

Berlində IRIS-T hava hücumundan müdafiə sistemlərini hazırlayan “Diehl Defence” şirkətinə məxsus Diehl Metal Applications müdafiə zavodunda yanğın baş verib.

Reyting.az
“Bild” nəşrinə istinadla bildirir ki, yanğın binanın bütün dörd mərtəbəsini əhatə edib.

Hadisə yerinə 130 yanğınsöndürən cəlb olunub.

Yanğınsöndürənlərin “Bild”ə verdiyi məlumata görə, zavodda sulfat turşusu və mis sianid anbarı olub və kimyəvi maddələr alovlanıb. Tüstü ilə birlikdə havaya qalxan hidrosiyanik turşunun əmələgəlmə riski var.

Yanğınsöndürənlər sakinlərə zavodun ətrafından uzaq durmağı, pəncərə və qapıları bağlamağı, kondisionerləri söndürməyi tövsiyə edib. Ətrafdakı məktəblərin şagirdləri evlərinə göndərilib. Yaxınlıqdakı mağazalar bağlıdır.

Hazırda yanğının səbəbləri barədə məlumat yoxdur.

Qeyd edək ki, “Diehl Metal Applications” şirkəti Ukrayna üçün IRIS-T hava hücumundan müdafiə sistemləri istehsal edən “Diehl Defence” şirkətinə məxsusdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib