ABŞ Qətərin HƏMAS-ı ölkədən çıxarmasını istəyir
Tarix: 04-05-2024 20:14 | Bölmə: Dünya
ABŞ Qətərin HƏMAS-ı ölkədən çıxarmasını istəyir

ABŞ dövlət katibi Antoni Blinken Qətərə xüsusi mesaj göndərib. Vaşinqtonun mesajında Doha administrasiyasından HƏMAS liderlərinin İsraillə atəşkəslə razılaşmayacağı təqdirdə onların ölkədən çıxarılması istənilir.

Reyting.az
xəbər verir ki, belə iddia ilə Amerikanın “Washington Post” qəzeti çıxış edib.

Qəzet ABŞ rəsmisinə əsaslanaraq yazır ki, Blinken sözügedən mesajını aprel ayında görüşdüyü Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Taniyə çatdırıb.

Qeyd olunur ki, Qətər rəsmiləri HƏMAS-ın siyasi ofis rəhbərlərinə ehtiyat plan hazırlamağı tövsiyə ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}