Göbbelsin villasını alan olmayıb - Almaniya onu istəyənə hədiyyə edəcək
Tarix: 06-05-2024 09:35 | Bölmə: Dünya
Göbbelsin villasını alan olmayıb - Almaniya onu istəyənə hədiyyə edəcək

Berlin hökuməti Hitlerin sağ əli olmuş nasist təbliğatçı Cozef Göbbelsin 17 hektarlıq böyük bir ərazini əhatə edən villasının hədiyyə veriləcəyini elan edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Berlinin maliyyə naziri Stefan Evers əyalət parlamentindəki çıxışında deyib.

O, hökumətin Cozef Göbbelsə məxsus villanı dəfələrlə satmaq istədiyini bildirib: "Lakin evi alan olmayıb, yoxdur. Ona görə bu villanı Berlin əyalətinin hədiyyəsi olaraq birinə verəcəyik. Çünki artıq hökumət bu əmlakı qorumaq və təhlükəsizliyini təmin etmək üçün vəsait ayrımaq niyyətində deyil".

Xatırladaq ki, Hitlerin ən yaxın müttəfiqlərindən biri olan Göbbelsin Berlindən təxminən 40 kilometr şimalda - Vandlitz şəhəri yaxınlığında Bogense gölünə baxan meşəlik ərazidə 1939-cu ildə tikilmiş lüks villası hələ də durur.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}