Rusiyaya hücum olub: 6 nəfər ölüb, 30-dan çox yaralı var - Foto
Tarix: 06-05-2024 11:05 | Bölmə: Dünya
Rusiyaya hücum olub: 6 nəfər ölüb, 30-dan çox yaralı var

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində dronlardan istifadə edərək avtomobillərə hücumu nəticəsində 6 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Bu barədə Rusiya regionunun operativ qərargahı Telegram kanalında məlumat yayıb.

Reyting.az
xəbər verir ki, vilayətin Borisov rayonunda Ukraynanın pilotsuz təyyarələrinin hücumuna məruz qalan avtomobillər “Aqro-Belqorye” şirkətlər qrupunun donuzçuluq fermasının işçilərini aparırmış.

Qubernator Vyaçeslav Qladkov daha sonra bildirib ki, ikisi uşaq olmaqla 35 nəfər yaralanıb. Ukrayna Silahlı Qüvvələri daha əvvəl iki “QAZelle” və bir minik avtomobilini vurub.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}