Meksikada turistləri güllələyərək quyuya atıblar
Tarix: 06-05-2024 17:49 | Bölmə: Dünya
Meksikada turistləri güllələyərək quyuya atıblar

Ötən həftə Meksikada itkin düşən 3 turistin meyiti tapılıb.

Reyting.az
xəbər verir ki, Aşağı Kaliforniya ştatının Ensenada şəhərinin cənubundakı sahil zolağında dənizdə üzmək üçün gələn avstraliyalı qardaşlar Ceyk və Kallum Robinsonlar, eləcə də amerikalı Cek Karterin cəsədləri 15 metrlik quyuda başından tapança ilə vurulmuş vəziyyətdə tapılıb.

Aşağı Kaliforniya əyalətinin prokuroru Maria Andrade hücumun məzmunu ilə bağlı deyib:

“Hücumçular turistləri çadırının və yük maşınının yanından keçərkən görüblər. Onlar avtomobilin təkərlərini oğurlamaq istəyiblər. Amma turistlər buna müqavimət göstəriblər”.

Andrade bildirib ki, hücumçular həmin anda turistləri vurmuş ola bilərlər.

Turistlərin cəsədlərinin tapıldığı quyunun taxtalarla örtüldüyü ortaya çıxıb. Hazırda 3 şübhəli saxlanılıb.

Səlahiyyətlilər bildirib ki, hücumun baş verdiyi yerdən təxminən 6 kilometr aralıdakı quyuda daha bir cəsəd tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, 4-cü cəsəd daha uzun müddətdir oradadır.

Qeyd edək ki, son günlər mafiya Meksikada dəhşətli qətllər həyata keçirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}