Rusiya-Ukrayna savaşı: cəbhədə vəziyyət ağırdır - Foto
Tarix: 06-05-2024 17:59 | Bölmə: Dünya
Rusiya-Ukrayna savaşı: cəbhədə vəziyyət ağırdır

Hazırda Rusiya ordusunun əsas gücü Pokrovski və Kuraxovski istiqamətlərində cəmləşib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəsisi Aleksandr Sırski bildirib.

“Şərqdəki ağır vəziyyətlə əlaqədar iki gün Pokrovski və Kuraxovski istiqamətlərində, yəni düşmənin əsas hücumu istiqamətində müdafiə əməliyyatları aparan bölmələrimizlə işlədim. Ukrayna qoşunları müdafiəsini yarmağa çalışan və əldə etdikləri uğurlar əsasında Kuraxovski və Pokrovski kimi iri yaşayış məntəqələrinə çatmağa çalışan düşmənin əsas zərbə qüvvələri məhz bu istiqamətlərdə cəmləşib”,- deyə general-polkovnik Sırski əlavə edib.



General-polkovnik bildirib ki, şəxsi heyət, silah və hərbi texnika baxımından sayca üstünlüyə malik olan düşmən hər gün Ukrayna qoşunlarının mövqelərinə hücum edir: “Bu şəraitdə bizim vəzifəmiz işğal olunan xətlərə və mövqelərə artilleriya atəşi, PUA-lar və bütün zərbələr endirməkdən ibarətdir. Məqsədimiz düşmənə maksimum itki verdirmək, onu tükəndirmək, planlarını pozmaq, ehtiyatlarımızın formalaşması və hazırlanması üçün vaxt qazanmaqdır”.

Sirski qeyd edib ki, briqada komandirləri və onların tabeliyində olan şəxslərlə işləyərkən müdafiənin ehtiyatla gücləndirilməsi, əlavə raket, sursat, elektron döyüş texnikası və PUA-ların ayrılması üçün bütün lazımi qərarlar qəbul olunub: “Əminəm ki, bu, bölmələrimizə düşmən hücumlarını uğurla dəf etməyə və onu əhəmiyyətli itkilərlə üzləşdirməyə kömək edəcək”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}