Prezident ilə kral Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Tarix: 07-05-2024 12:07 | Bölmə: Dünya
Prezident ilə kral Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və İordaniya kralı II Abdulla Vaşinqtondakı görüşdə Yaxın Şərqdəki münaqişəni və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Co Bayden və Kral II Abdullah Qəzzadakı böhranı həll etmək üçün birlikdə işləməyə sadiq olduqlarını təsdiqləyiblər.

Ağ evin məlumatında qeyd olunur ki, söhbətdə liderlər Fələstinin radikal HƏMAS hərəkatının saxladığı bütün girovların azad edilməsi və Fələstin anklavına humanitar yardımın çatdırılmasını artırmağa imkan verəcək atəşkəsə nail olunmasının vacibliyindən də söz açıblar.

Bayden və II Abdullah həmçinin Fələstin dövləti yaratmaq və İsrailə təhlükəsizlik zəmanəti verməklə regionda uzunmüddətli sülhə nail olmaq öhdəliyi götürüblər. Bundan əlavə, onlar İordan çayının qərb sahilindəki vəziyyət ətrafında müzakirələr aparıb və Fələstin Milli Administrasiyasının islahatlarına dəstəklərini ifadə ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}