07:57 / 27-11-2024
Putin bu gün Astanaya gəlir
21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Kadırov: “Odessa və Xarkovu almalıyıq”
Tarix: 07-05-2024 18:23 | Bölmə: Dünya
Kadırov: “Odessa və Xarkovu almalıyıq”

Çeçenistan lideri Ramzan Kadırov hesab edir ki, Rusiya bu ilin mayında Odessa və Xarkovu almalı və Ukrayna ilə daha sərt, daha fəal mübarizə aparmalıdır.

Reyting.az
-ın xəbərinə görə, Kadırov “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, Rusiya daha aktiv hücuma keçməli, bu ay ən yaxın əraziləri - Odessa və Xarkovu almalıdır.

Kadırovun bundan sonrakı planı Ukrayna prezidenti Zelenskini Rusiya üçün lazım olan sənədləri imzalamağa məcbur etməkdir. Çeçenistan lideri aydınlaşdırıb ki, bu, Rusiyanın, onun əhalisinin və Ukraynada yaşayan rusdillilərin təhlükəsizliyinə zəmanət verən sənədlər deməkdir.

Xatırladaq ki, Müharibə Arşdırmaları İnstitutunun (ISW) məlumatına görə, Rusiya yaxın gələcəkdə Xarkov və ya Ukraynanın digər şəhərlərinə hücum həyata keçirməyə qadir olduğu barədə fikirlər yayır. Analitiklər hesab edirlər ki, belə bir təhlükə ilə Rusiya Ukrayna qoşunlarını sərhəd boyu uzatmağa çalışır. Bununla yanaşı ISW real təhlükə görmədiyini vurğulayır.

Ukraynalı general Malomuj Rusiyanın Xarkovu ələ keçirmək üçün kifayət qədər gücünün olmadığını qeyd edib. Onun sözlərinə görə, bunun üçün ən azı 1 milyon insanı toplamaq lazımdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər