Polşanın döyüş təyyarələri səmaya qaldırılıb - Gərginlik
Tarix: 08-05-2024 09:15 | Bölmə: Dünya
Polşanın döyüş təyyarələri səmaya qaldırılıb

Mayın 8-nə keçən gecə Rusiya uzaqmənzilli aviasiyasının Ukraynadakı hədəflərə raket hücumları ilə bağlı intensiv aktivlik qeydə alınıb. Bundan sonra Polşa Silahlı Qüvvələri qırıcı təyyarələrini səmaya qaldırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın əhaliyə xəbərdarlığında qeyd olunur ki, Polşa və müttəfiqlərinin təyyarələri hava məkanında fəaliyyətə başlayıb və bu da səs-küyün artmasına səbəb ola bilər.

Qeyd edək ki, bundan əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi. Paytaxt da daxil olmaqla, ölkənin bir sıra şəhərlərində partlayışlar baş verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}