Rusiya gecə saatlarında yeddi bölgəyə 50-dən çox raket atıb
Tarix: 08-05-2024 12:18 | Bölmə: Dünya
Rusiya gecə saatlarında yeddi bölgəyə 50-dən çox raket atıb

Gecə saatlarında Ukraynanın Lvov, Vinnitsa, Kiyev, Poltava, Kirovoqrad, Zaporojye, İvano-Frankivsk vilayətlərinə 50-dən çox raket və 20-dən çox kamikadze dron atılıb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bu gecə ölkənin enerji obyektlərinə yeni kütləvi hücumu şərh edərkən deyib.

Ukrayna prezidenti bu hücumu mayın 8-də ölkədə qeyd olunan İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anma Günü ilə əlaqələndirib.

Onun sözlərinə görə, gecə baş verən terrorun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi xidmətlər çalışır.

“Bütün dünya kimin kim olduğunu aydın başa düşməlidir. Bütün dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur”, - Zelenskinin teleqramda yayılan bəyanatda deyilir.

Onu da qeyd edək ki, Rusiya mayın 8-i gecə saatlarında olan yeni kütləvi zərbə ilə bağlı xəbərləri şərh etməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}