Almaniyada Rusiya simvollarının nümayişi qadağan edilib
Tarix: 08-05-2024 20:47 | Bölmə: Dünya
Almaniyada Rusiya simvollarının nümayişi qadağan edilib

Ukraynada genişmiqyaslı müharibə fonunda Berlin polisi faşizm üzərində qələbənin 79-cu ildönümü ilə bağlı keçiriləcək anım tədbirlərində Rusiya simvollarının nümayişini qadağan edib.

Reyting.az
xəbər verir ki, Berlin polisi şəhərdə və onun yaxın ətraflarında sovet memoriallarına şamil edilən qaydalar müəyyənləşdirib.

Müvafiq olaraq, çərşənbə və cümə axşamı günləri Treptov, Tierqarten və Şönholzer-Hade-də, eləcə də onların bilavasitə yaxınlığındakı sovet memoriallarında bir sıra simvolların nümayişi qadağandır. Xüsusilə, Rusiya bayraqları, Müqəddəs Georgi lentləri, uniformalar və ya fərqli nişanlara uyğun gələn forma hissələri. Bundan başqa, marşlar, döyüş mahnıları və Rusiyanın Ukraynaya hücumunu tərənnüm edən simvollar, xüsusən də “Z” hərfi qadağandır.

Polisin məlumatına görə, İkinci Dünya Müharibəsi veteranları, diplomatlar və digər dövlət rəsmiləri bu qaydalardan azaddırlar.

Rusiyanın Berlindəki səfirliyi paytaxt hakimiyyətini Rusiya bayraqlarının və digər simvolların yerləşdirilməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb. “Biz bu ayrı-seçkiliyi, müharibədən sonrakı dövrdə Rusiya və Almaniya xalqları arasında mövcud olan tarixi barışıq ruhuna zidd hesab edirik, Berlin hakimiyyətinin qərarını qəbuledilməz sayırıq”, - Rusiya səfirliyinin reaksiyasında bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}