Rus qoşunları Ukraynada SSRİ bayrağı qaldırıb - Foto
Tarix: 09-05-2024 22:03 | Bölmə: Dünya
Rus qoşunları Ukraynada SSRİ bayrağı qaldırıb

Rusiya qoşunları Ukraynanın Avdeevka yaşayış məntəqəsinin qərbində yerləşən Umanskoye kəndinə daxil olaraq orada keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bayrağını sancıblar.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrində qəzetin analitiki Julian Röpke çıxış edib.

Analitik yazır ki, Avdeevkanın süqutundan sonra Ukrayna qoşunları şəhərin qərbində Berdıçi - Semyonovka - Orlovka - Tonenkoe xəttində müdafiə həyata keçirib. Lakin martın sonunda rus qoşunları bu xətti yararaq qərbə doğru irəliləyiblər.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri qərbdəki bir neçə kənddə müdafiə mövqeyi tutub. Bunlardan birincisi Umanskoye kəndidir. İndi isə rus qoşunları bu kəndə daxil olub və İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin üzərinə SSRİ bayrağı quraşdırıb.

“Rusiya işğalçı ordusu Orlovkanın qərbində Ukraynanın müdafiə xəttini keçərək Umanskoyenin mərkəzində Sovet bayrağını qaldırıb. Görünür, Umanskoyenin şərqindəki Ukrayna səngərlərinə şiddətli hücumlar edilir və kəndin yaxınlığındakı gölün şimal tərəfi boyunca Ukrayna qoşunlarının qərbə çəkilməsi baş verir”, - Röpke yazır.

Xatırladaq ki, bundan əvvəl Müharibə Araşdırmaları İnstitutu (ISW) rusların Avdeevka şəhərinin şimal-qərbinə doğru irəlilədiyini bildirib.

Qeyd edək ki, rəqiblər canlı qüvvə və silah baxımından üstünlüyə malikdirlər və Ukrayna uzun müddətdir ki, ABŞ-dan ciddi yardım almır.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}