Ukraynaya tezliklə “F-16” qırıcıları gətiriləcək
Tarix: 10-05-2024 18:24 | Bölmə: Dünya
Ukraynaya tezliklə “F-16” qırıcıları gətiriləcək

Ukrayna bir neçə həftə ərzində Qərb tərəfdaşlarından Amerika “F-16” qırıcıları alacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “Evening Standard” qəzeti yüksək rütbəli hərbi mənbəyə istinadla yazıb.

Bildirilir ki, Qərbdən gətiriləcək ilk “F-16” qırıcıları bir neçə həftə ərzində Ukraynaya çatacaq.

Qeyd olunur ki, Ukrayna ordusuna Rusiyanın hava üstünlüyünə müqavimət göstərməyə kömək etməli olan qırıcılar iyun-iyul aylarında təhvil verilməlidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}