Litvada prezident seçkiləri keçirilir
Tarix: 12-05-2024 10:07 | Bölmə: Dünya
Litvada prezident seçkiləri keçirilir

Litvada prezident seçkilərinə səsvermə başlayıb.

Reyting.az
-ın xəbərinə görə, Litvada müstəqillik dönəmindən sonra səkkizinci dəfə keçirilən prezident seçkilərinə yerli vaxtla saat 07:00-da start verilib.

Dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır. Onlardan 4-nün namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. Daha 4 nəfər isə özü namizədliyini irəli sürüb. Qalib gəlmək üçün namizəd səslərin 50 faizdən çoxunu almalıdır. Əgər namizədlərdən heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

Onu da qeyd edək ki, prezident seçkilərinə paralel olaraq, ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum da keçirilir.




Bölməyə aid digər xəbərlər