İsrail ordusu Qəzzada daha iki evi bombalayıb - Ölən və yaralananlar var
Tarix: 13-05-2024 00:40 | Bölmə: Dünya
İsrail ordusu Qəzzada daha iki evi bombalayıb - Ölən və yaralananlar var

İsrail Qəzza zolağını intensiv bombalayır.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, az əvvəl İsrail ordusu Qəzza zolağının Zeytun bölgəsində iki evi raketlə vurub.

İlkin məlumata görə, aralarında uşaq və qadınların da olduğu 10-dan çox mülki şəxs ölüb, xeyli yaralı var. Hazırda dəqqiləşmə aparılır.

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzza zolağında 34 971 fələstinli həlak olub, 78641 nəfər isə yaralanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər