Xarkovun müdafiəsi rusların “qorxulu röyası”na tapşırılıb
Tarix: 13-05-2024 15:57 | Bölmə: Dünya
Xarkovun müdafiəsi rusların “qorxulu röyası”na tapşırılıb

Rus ordusunun Xarkov vilayətində bir sıra sərhəd kəndlərini ələ keçirməsi fonunda “Xarkov” əməliyyat-taktiki qoşun dəstəsinin (OTUV) komandiri dəyişdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bildirilir ki, hərbi rəhbərliyin qərarına əsasən briqada generalı Mixail Drapatı “Xarkov” operativ-taktiki qoşun qrupunun komandiri təyin edilib.

Xatırladaq ki, bundan əvvəl “Xarkov”a briqada generalı Yuri Qaluşkin komandirlik edirdi. O, general Andrey Qritskovu əvəzləyərək aprel ayından bu vəzifəyə gətirilmişdi.

İddia olunur ki, yeni təyinata baxmayaraq general Drapatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini davam etdirir.

Qeyd edək ki, briqada generalı M. Drapati 2014-cü il müharibəsinin ilkin dövrünün ən məşhur ukraynalı komandirlərindən biridir. 2014-cü ilin mayında Mariupolu ruslardan azad edən 72-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadanın 2-ci mexanikləşdirilmiş batalyonuna komandirlik edib.

Rusiya ilə müharibənin tammiqyaslı mərhələsində Drapati 2024-cü ilin yanvarına qədər Xerson əməliyyat qrupuna rəhbərlik edib. O, 2022-ci ildə Xerson vilayətinin sağ sahilinin azad edilməsinə rəhbərlik edən yüksək səviyyəli komandirlərdən biri olub.

2024-cü ilin fevral ayından Drapatı Baş Qərargah rəisinin hərbi təlimlər üzrə müavini vəzifəsində çalışır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər