Patruşevin naməlum mövqeyə keçirilməsi föqalədə haldır
Tarix: 13-05-2024 17:02 | Bölmə: Dünya
Patruşevin naməlum mövqeyə keçirilməsi föqalədə haldır

“Nikolay Patruşevin Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırılması təəccüblüdür. Bu, daha dərin proseslərdən xəbər verir”.

Reyting.az
bildirir ki, bunu Britaniyanın MI6 məxfi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Kristofer Stil “Sky News”ə müsahibəsində deyib.

“Anlamaq vacibdir ki, Nikolay Patruşev Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən biridir və uzun illər Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olub. Üstəlik, insanlar tərəfindən Putinin özündən sonra Rusiyada, ehtimal ki, ikinci ən güclü şəxs kimi qiymətləndirilib. Məncə, bu göstərir ki, söhbət təkcə adi hökumətin dəyişdirilməsindən getmir, bu, həqiqətən də rejimin mərkəzində çox ciddi bir qeyri-sabitlikdir”, - Stil əlavə edib.

Rusiyanın müharibədə üstünlük qazandığı bir vaxtda Putinin niyə Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırması ilə bağlı suala cavabında Stil deyib ki, bu, “daha dərin” məsələdən xəbər verə bilər: “Yeni bir hücuma başladığınız zaman müdafiə nazirini dəyişmək hərbi baxımdan çətin ki, idealdır. Mənə görə, bu, daha dərin bir şeyin getdiyini göstərir”.

Ekspert, Şoyqunun Təhlükəsizlik Şurasına keçməsini “rütbəsinin aşağı salınması” kimi qiymətləndirsə də, Patruşevin naməlum mövqeyə keçməsinin “fövqəladə hal” olduğunu təkrarlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər