Uşakov: “Rusiya və Çin prezidentlərinin danışıqları yaxşı keçdi”
Tarix: 16-05-2024 21:05 | Bölmə: Dünya
Uşakov: “Rusiya və Çin prezidentlərinin danışıqları yaxşı keçdi”

“Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında danışıqlar yaxşı keçdi, xüsusən də xarici siyasət müzakirə edildi”.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Birinci Kanalın efirində deyib.

“Danışıqlar çox yaxşı keçdi, bir çox məsələlər müzakirə olundu, əlbəttə ki, əksəriyyəti ticarət-iqtisadi sahədə idi, lakin bəzi xarici siyasət mövzuları da müzakirə olundu”, - Y. Uşakov bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər