Kəşfiyyat: Kremldəki dəyişikliklər müharibənin gedişinə təsir etməyəcək
Tarix: 17-05-2024 18:42 | Bölmə: Dünya
Kəşfiyyat: Kremldəki dəyişikliklər müharibənin gedişinə təsir etməyəcək

“Kremlin təhlükəsizlik blokundakı dəyişikliklər Rusiya ordusunun rəhbərliyinə təsir etməyib və bunun Ukrayna ilə müharibənin gedişatına dərhal təsiri olmayacaq”.

Reyting.az
xəbər verir ki, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Departamentinin “Twitter” səhifəsində yazılıb.

Xatırladaq ki, gözlənilməz dəyişikliklər nəticəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqunu baş nazirin birinci müavini Andrey Belousov əvəz edib. Şoyqu özü isə Təhlükəsizlik Şurasının katibi postuna gətirilib, bu posta olan Nikolay Patruşev isə Rusiya prezidentinin köməkçisi təyin edilib.

Britaniya kəşfiyyatı bildirir ki, Şoyqu və Patruşev Rusiya prezidenti Putinin nüfuzlu və çoxdankı müttəfiqləridir. Belousov isə hərbi təhsili olmayan peşəkar iqtisadçıdır. O, 2020-ci ilin yanvarından baş nazirin birinci müavini, bundan əvvəl prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

“O, çox güman ki, müdafiə xərclərində daha çox səmərəliliyi təmin etmək və müdafiə sənayesi ilə silahlı qüvvələrin ehtiyacları arasında daha sıx koordinasiyanı təmin etmək üçün təyin edilib”, - Britaniya hərbi kəşfiyyatının hesabatda deyilir.

Britaniya kəşfiyyatı bildirir ki, Rusiya Müharibə Nazirliyi və silahlı qüvvələrində korrupsiyanın yüksək səviyyədə olduğunu nəzərə alsaq, bu, Belousov üçün son dərəcə çətin iş olacaq.

Müdafiə nazirinin müavini Timur İvanov aprel ayında korrupsiya ittihamı ilə, general-leytenant Yuri Kuznetsov isə rüşvət sxemində iştirakda şübhəli bilinərək mayın 14-də həbs ediliblər.

“Müdafiə nazirinin dəyişilməsi çətin ki, Rusiyanın Ukraynadakı müharibəsinin gedişatına dərhal böyük təsir göstərsin. Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək vəzifəli təyinatlarda heç bir dəyişikliyin olmayacağını bəyan etdiyinə görə, Rusiyanın hazırkı müharibə yanaşması çox güman ki, dəyişməz qalacaq”, - Britaniya hərbi kəşfiyyatı qeyd edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər