Parlamentdə dava düşüb - Deputat bülletenləri qaçırıb
Tarix: 17-05-2024 18:50 | Bölmə: Dünya
Parlamentdə dava düşüb - Deputat bülletenləri qaçırıb

ABŞ və Çin arasında qarşıdurmaya səbəb olan və daxili siyasətdə iki qütbə bölünən Tayvanda gərginlik pik həddə çatıb.

Reyting.az
xəbər verir ki, yanvarda keçirilən seçkilərdə prezident seçilən Lai Çinq-tenin parlamentdə səs çoxluğu əldə etmədən hakimiyyətə gəlməsi gərginliyi daha da artırıb.

İndisə parlamentdə islahatlarla bağlı müzakirələr və səsvermə zamanı dava-dalaş baş verib. Bildirilir ki, bəzi deputatlar hələ səsvermə başlamazdan əvvəl qışqıraraq bir-birini itələyib.

Nəzarətin tamamilə itirildiyi zalda deputatlar parlament sədrinin kreslosunun ətrafına zərbələr endiriblər. Bəziləri stolların üstündən tullanaraq həmkarlarını yerə yıxıblar. Hadisə gün ərzində davam edib.

Davadan sonra hakim Demokratik Tərəqqi Partiyasının (DPP) üzvü Quo Quoven yeni islahatları ehtiva edən qanunvericilik paketinin qəbuluna mane olmaq üçün səsvermədə verilən səs vərəqələrini götürərək qaçıb.

Lai Çinqtenin uğursuz parlament çoxluğu hökumətə daha çox nəzarət tələb edir. Bu prosesdə müxalifət iqtidarı nəzarət səlahiyyətlərini artırması üçün sıxışdırıb və yalan məlumat verdiyi düşünülən məmurların cəzalandırılması kimi tələblər irəli sürüb. Bu tələblər gərginliyi ən çox artıran amillərdəndir.

ELÇİN




Bölməyə aid digər xəbərlər