Sui-qəsdə məruz qalan baş naziri ikinci dəfə əməliyyat ediblər
Tarix: 17-05-2024 19:11 | Bölmə: Dünya
Sui-qəsdə məruz qalan baş naziri ikinci dəfə əməliyyat ediblər

Slovakiyanın baş naziri Robert Fiko ikinci dəfə əməliyyat olunub. Onun vəziyyəti ağırdır.

Reyting.az
xəbər verir ki, bunu Fikonun yerləşdiyi Banska Bystrica şəhərindəki xəstəxananın direktoru Miriam Lapunikova və Slovakiyanın müdafiə naziri Robert Kaliniak bildiriblər.

Kaliniak sui-qəsd cəhdindən sonra Slovakiyanın baş nazirinin əməliyyat olunduğunu və əməliyyatın iki saatdan az davam etdiyini açıqlayıb.

“Tibb qrupu xəstənin vəziyyətini müsbət proqnoza yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi edir”,- o qeyd edib.

Kaliniakın sözlərinə görə, Fiko sabitdir, lakin yenə də çox ağırdır. Prosedur güllə yaralarının vəziyyətini yoxlamağa və onları sağaltmağa imkan verəcək.

Lapunikova isə qeyd edib ki, həkimlər güllə yarasından sonra qalan nekrotik toxumaların çıxarılması üçün təkrar KT müayinəsindən sonra başqa bir əməliyyat keçirməyə qərar veriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib