İsrailin müharibə kabinetində qarşıdurma yaranıb
Tarix: 18-05-2024 14:15 | Bölmə: Dünya
İsrailin müharibə kabinetində qarşıdurma yaranıb

İsrail hökumətində müxtəlif vəzifələrdə çalışmış milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə Qəzza savaşı çərçivəsində yaradılmış müharibə kabinetinin digər üzvü Qadi Eisenkot arasında qarşıdurma olub.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, HƏMAS-la girov razılaşması istəyən keçmiş Baş Qərargah rəisi Gadi Eisenkot baş nazir Benyamin Netanyahuya müraciət edərək, müharibə kabinetinin iclaslarının aylardır heç bir qərar qəbul etmədən başa çatdığını deyib.

Eisenkot kabinetə bir sıra təkliflər təqdim etməyə başladıqda, İtamar Ben-Qvir onun sözünü kəsərək “Siz müharibəni dayandırmaq istəyirsiniz”,- deyib. Bundan sonra Q. Eisenkot “Eşitdiklərinizi anlamaqda çətinlik çəkirsiniz, HƏMAS-a qarşı mübarizə illərlə davam edəcək”,- xəbərdarlığını edib.

“Walla” xəbər saytı yazır ki, debat zamanı keçmiş Baş Qərargah rəisi Eisenkot İncildən sitat gətirib və “Çəkmələrinizi çıxarın”,- deyib.

Sərt müzakirə zamanı Qadi Eisenkot İtamar Ben-Qvirin fərari olduğunu da xatırladıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib