ABŞ Nigerdən qoşunlarını çıxaracaq - Bu tarixə qədər
Tarix: 21-05-2024 00:02 | Bölmə: Dünya
ABŞ Nigerdən qoşunlarını çıxaracaq - Bu tarixə qədər

ABŞ qoşunlarını Nigerdən çıxarmağa hazırlaşır.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, artıq ABŞ Nigerlə hərbi əməkdaşlıq müqaviləsini ləğv edərək hərbçilərinin sentyabrın ortalarına qədər adıçəkilən ölkədən geri çəkəcək: "Artıq Vaşinqton və Niamey rəhbərliyi çəkilmə ilə bağlı razılıq əldə ediblər. Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamilə tərk edəcək".

Xatırladaq ki, iki ölkə arasında 12 il əvvəl hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib