Kolumbiyada polislərə əl qumbarası atılıb - 6 yaralı var
Tarix: 21-05-2024 09:23 | Bölmə: Dünya
Kolumbiyada polislərə əl qumbarası atılıb - 6 yaralı var

Kolumbiyanın cənub-qərbində polis əməkdaşlarına əl qumbarası atıblar.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, hadisə Morales qəsəbəsində otelin önündə baş verib.

Motosikletdə olan şəxs qəfildən polislərə doğru qumbara atıb. Nəticədə 2-si polis olmaqla 6 nəfər yaralanıb. Hadisədən dərhal sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.

Kolumbiya prezidenti Qustavo Petro hücumu qəbuledilməz sayır və orduya bölgədə yeni əməliyyat əmri verib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər