Polşa Rusiyanın təxribat planını pozub
Tarix: 21-05-2024 18:04 | Bölmə: Dünya
Polşa Rusiyanın təxribat planını pozub

Polşada 9 nəfər həbs edilib. Onlar Rusiya Federasiyasının sifarişi ilə təxribat törətməkdə şübhəli bilinirlər. Onların arasında ukraynalılar, polyaklar və belaruslar var.

Reyting.az
xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk TVN24 telekanalında bildirib.

Tusk boya fabrikini yandırmaq cəhdinin qarşısı alındığı Vroklavdakı vəziyyəti misal çəkib. Onun sözlərinə görə, bu, Rusiya xidmətlərinin göstərişi ilə edilib və bu, təkzibedilməz şəkildə sübuta yetirilib.

“Əgər belə bir fürsət və ya ehtiyac olarsa, bu barədə ictimaiyyətə danışacağıq, amma indi təkcə araşdırma deyil, həm də bu cür təhdidlərin aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər görülür”,- baş nazir vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}