Çevrilişə cəhd edən MKİ agentləri həbs olunub - Fotolar
Tarix: 22-05-2024 08:20 | Bölmə: Dünya
Çevrilişə cəhd edən MKİ agentləri həbs olunub

Supergüclərin rəqabət apardığı Afrikada indi bir çox ölkələr Fransa və ABŞ-ı deyil, bölgədə mövcudluqlarını artırmaq üçün rusları dəstəkləyirlər. Bu çərçivədə, təxminən 100 milyon əhalisi olan Konqoda uğursuz çevriliş cəhdi də olub.

Reyting.az
xəbər verir ki, üç amerikalı bu çevriliş cəhdində iştirakına görə həbs edilib.

Konqo mediası şəxslərin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentləri olduğunu və ölkədəki iğtişaşlarda məsuliyyət daşıdıqlarını yazır.

ABŞ-nın Konqo Demokratik Respublikasındakı səfiri Luky Tamlyn bəyan edib ki, baş verən hadisələrdən şoka düşüb və hadisədə iştirak etdiyi iddia olunan Amerika vətəndaşlarının həbsindən çox narahatdır:

“Biz Konqo ilə bu cür cinayət fəaliyyətində iştirak etdiyi iddia olunan ABŞ vətəndaşlarının mühakiməsində maksimum dərəcədə əməkdaşlıq edirik”.



Konqo Demokratik Respublikasının hərbçiləri çevriliş liderinin ABŞ-da təhsil almış keçmiş qaçqın və təhlükəsizlik qüvvələri tərəfindən tamamilə zərərsizləşdirilən 41 yaşlı Kristian Malanqa olduğunu müəyyən ediblər.

Çevriliş cəhdini dayandıran general Ekenge bildirib ki, üçü Amerika vətəndaşı olmaqla 50 nəfər istintaqa cəlb olunub.

Digər tərəfdən, kameraya düşən görüntülərdə MKİ agenti olduğu iddia edilən şəxslərin diz çökərək Konqo əsgərlərinə yalvardıqları da ortaya çıxıb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər