Rusiya ordu bölmələrini geri çəkməyi planlaşdırır
Tarix: 22-05-2024 15:41 | Bölmə: Dünya
Rusiya ordu bölmələrini geri çəkməyi planlaşdırır

“Son vaxtlar Çasovoy Yar istiqamətində fəallaşan rus ordusu Ukrayna artilleriyası və müdafiə qüvvələrinin bütün bölmələrinin uğurlu işinin köməyi il 98-ci Hava Desant Diviziyasının bölmələrini geri çəkməyi planlaşdırıb”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə Qüvvələrinin təmsilçisi Nazar Voloşin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu aktiv hücum əməliyyatları zamanı yüzlərlə itki verir. O, əlavə edib ki, işğalçılar təkcə Çasov Yarı deyil, İvanovski və Boqdanovkanın kənarlarını da basqın edirlər:

“Təkcə son 24 saat ərzində bu istiqamətdə əvvəlki 24 saatla müqayisədə 1270 minaatan və artilleriya hücumu qeydə alınıb ki, bu da son 24 saat ərzində 1200-ə çatıb”.

Voloşin əlavə edib ki, təkcə Çasov Yar üzərində 301 hücum qeydə alınıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər