İrəvanda ictimai nəqliyyat sürücüləri tətilə başlayıb
Tarix: 22-05-2024 16:52 | Bölmə: Dünya
İrəvanda ictimai nəqliyyat sürücüləri tətilə başlayıb

“İrəvan Avtobusları” QSC-nin sürücüləri və işçiləri etiraz aksiyası keçirirlər. Sürücülərin tətili səbəbindən hazırda şəhərdə marşrut avtobusları işləmir.

Reyting.az
xəbər verir ki, aprelin 8-də Samvel Qazaryan QSC-yə direktor təyin edilib, bundan sonra bəzi şəxslər əsassız olaraq işdən çıxarılıb və bu gün növbə mühəndis və rəislərə çatıb.

Mühəndis Andranik Manukyan deyib ki, Qazaryan şəhər nəqliyyat idarəsi rəisinin adamıdır və indi quruma faktiki olaraq bu idarənin rəisi rəhbərlik edir, ondan xəbərsiz direktor heç bir sənədə imza atmır.

“O, problemi öyrənmək və həll etmək əvəzinə, deyir, ya işlə, ya da işdən çıx!”, - deyə Manukyan əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər