Rusiyanın hərbi-sənaye kompleksinə hücum başlayıb
Tarix: 23-05-2024 18:01 | Bölmə: Dünya
Rusiyanın hərbi-sənaye kompleksinə hücum başlayıb

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) pilotsuz uçuş aparatları (PUA) Tatarıstanda Rusiya hərbi-sənaye kompleksinin obyektlərinin məhvi üzrə əməliyyatını davam etdirir.

Reyting.az
xarici mətbuata istinadla bildirir edir ki, Ukrayna dronları artıq bir sıra strateji əhəmiyyətli müəssisələrin yerləşdiyi Kazan və Nijnekamsk şəhərlərinə çatıb.

Yerli KİV-in məlumatına görə, Nijnekamskda partlayış səsləri eşidilir. Eyni zamanda hər iki şəhərdə hava limanları fəaliyyətini dayandırıb.

Qeyd edək ki, mayın 17-də pilotsuz təyyarələr Rusiyanın Tuapse şəhərində (Krasnodar diyarı) neft emalı zavodunu vurmuşdu.

ELÇİN




Bölməyə aid digər xəbərlər