27 ölkənin XİN başçıları toplanır - İki məsələyə görə
Tarix: 27-05-2024 09:51 | Bölmə: Dünya
27 ölkənin XİN başçıları toplanır - İki məsələyə görə

Avropa İttifaqına üzv dövlətlərin nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, iclasda əsas müzakirə mövzusu Fələstin və Ukrayna məsələləri olacaq.

Bundan başqa, Avropa xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin xarici işlər nazirləri ilə də görüşəcəklər.

İclas Bakı vaxtilə saat 10.00-da başlayacaq.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər