NATO-ya üzv dövlətlərin XİN başçıları bu gün toplanır - Ukraynaya görə
Tarix: 30-05-2024 11:01 | Bölmə: Dünya
NATO-ya üzv dövlətlərin XİN başçıları bu gün toplanır - Ukraynaya görə

Bu gün NATO ölkələrinin xarici işlər nazirləri görüşəcəklər.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Çexiyanın paytaxtı Praqada baş tutacaq qeyri-rəsmi toplantıda Ukrayna ilə bağlı məsələ əsas müzakirə mövzusu olacaq.

Məlumata görə, toplantıya Ukrayna nümayəndəsi də qatılacaq.

Onu da qeyd edək ki, xarici işlər nazirləri iyulun 9-11-də Vaşinqtonda NATO sammitində təkrar toplanacaqlar.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər